Türkiyə Statistika Təşkilatının (TÜİK) verdiyi məlumata görə, 2025-ci ilin iyun ayında inflyasiya əvvəlki aya nisbətən 1,37%, ötən ilin dekabr ayına görə 16,67%, ötən ilin eyni ayına görə isə 35,05%, son on iki ayın ortalamasına əsasən isə 43,23% artım göstərib.
Ən yüksək illik artım “təhsil” sektorunda qeydə alınıb - 73,33%. Bu sahəni 65,54% ilə mənzil (konut), 38,70% ilə səhiyyə, 36,21% ilə müxtəlif mal və xidmətlər, və 35,59% ilə restoran və otellər izləyib.
İyun ayında ən çox bahalaşan sahələr:
Təhsil – 4,48%
Mənzil – 2,62%
Nəqliyyat – 2,38%
Restoran və otellər – 2,10%
Ev əşyaları – 2,01%
Restoran və otellərdə son vəziyyət
Restoran və otellərdə qiymətlər:
Əvvəlki aya görə – 2,10%
Ötən ilin dekabrına görə – 20,82%
Ötən ilin eyni ayına görə – 35,59%
Son 12 ayın ortalamasına görə – 51,26% artıb.
ENAG-a görə illik inflyasiya 71,23%-dir
Müstəqil Enflasiya Araşdırma Qrupu (ENAG) tərəfindən açıqlanan rəqəmlərə görə isə 2025-ci ilin iyun ayında:
Aylıq inflyasiya – 3,05%
İllik inflyasiya – 68,68% olaraq qeydə alınıb.